Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Qanunsuz miqrantların və sığınacaq axtaran şəxslərin Saxlanılması Mərkəzinin əməkdaşları üçün iki günlük təlim başa çatmışdır

Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq  sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi çərçivəsində aprelin 17-də və 18-də Dövlət Miqrasiya Xidməti Bakı şəhəri qanunsuz miqrantların və sığınacaq axtaran şəxslərin saxlanılması mərkəzinin əməkdaşları üçün BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi təlim təşkil etmişdir. Təlim Saxlama Mərkəzinin işçi heyətinin qaçqınların beynəlxalq himayəsinə, həmçinin sığınacaq axtaran şəxslərin qeydiyyatını əhatə edən minimum standartlara və xüsusi qayğıya ehtiyacı olan insanlarla iş təcrübəsi potensialının genişləndirməsinə xidmət edir.

 

Xatırladaq ki, Azərbaycan Respublikası 2013-cü ilin aprelindən fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü layihəsində iştirak edən altı ölkədən biridir. İki illik layihə Avropa İttifaqı və BMT QAK tərəfindən birgə maliyyələşdirilərək BMT QAK tərəfindən həyata keçirilir və sığınacaq prosedurlarını və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlmişdir. Azərbaycan Respublikası ilə yanaşı, layihə Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanı da əhatə edir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti