Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

İki günlük təlim başa çatdı

Aprelin 3-də və 4-də BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin əməkdaşları üçün “Qərar qəbuletmə” adlı təlim təşkil etmişdir. Məqsəd Avropa Sığınacaq Kurikulumunun “Qərar qəbuletmə” moduluna əsasən sığınacaq sahəsinə dair qiymətləndirmə formalarını tərtib etmələri üçün Xidmətin müvafiq idarə əməkdaşlarının potensiallarının daha da gücləndirilməsidir. Təlim Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq  sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi çərçivəsində keçirilmişdir. Xatırladaq ki, Azərbaycan Respublikası Avropa İttifaqı, eləcə də BMT QAK tərəfindən maliyyələşdirilən və həyata keçirilən, 2013-cü ilin aprelindən fəaliyyətə başlayan adıçəkilən iki illik layihədə iştirak edən altı ölkədən biridir. Layihə həmçinin Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus respublikalarını da əhatə edir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti