Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Tvinninq layihəsi çərçivəsində növbəti tədbiri baş tutmuşdur

13-17 yanvar 2014-cü il tarixlərdə Dövlət Miqrasiya Xidmətində Tvinninq layihəsi çərçivəsində “Didaktika” üzrə seminar təşkil edilmişdir. Seminar Niderland Krallığının Immiqrasiya və Naturalizasiya Xidmətinin Təlim Mərkəzindən dəvət olunmuş ekspertlərin iştirakı ilə həyata keçirilmişdir. Seminarda DMX-in müxtəlif idarə və şöbələrindən olan əməkdaşlar iştirak etmişlər. Seminarın əsas məqsədi, DMX-in idarə və şöbə əməkdaşlarına didaktika ilə bağlı ətraflı məlumat verməklə yanaşı, onların təlimçi kimi yetişməsinə töhfə vermək və təlim-tədris sahəsində Niderland Krallığının təcrübəsinin öyrənilməsi olmuşdur.

 

Tədbir çərçivəsində iştirakçılar təlim-tədris sahəsində mövcud olan müxtəlif modul və metodlarla tanış olmuş, dəyirmi masa müzakirələri və fikir mübadiləsi aparmışlar. Sonda iştirakçılara Sertifikatlar təqdim edilmişdir.

 

Qeyd edək ki, Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” Tvinninq layihəsi çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarınıın professional inkişafı üçün təlim-tədris metodlarının daha da yüksəldilməsi və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin artırılması üzrə 4 istiqamətdə seminar və görüşlər keçirələcəkdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur