Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məlumatı

Son zamanlar miqrasiya sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı qəsdən müxtəlif məzmunlu şayiələr yayılaraq, Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında əsassız narazılıq yaratmaq cəhdləri müşahidə olunur.

Belə ki, Gürcüstanda yaşayan azərbaycanlıların ölkəmizə gediş-gəlişi zamanı çətinliklərlə üzləşmələri, həmin şəxslərin Azərbaycanda müəyyən olunmuş müddətdən artıq qalmalarına görə iri məbləğdə cərimələnmələri bildirilir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bir daha xatırladır ki, Gürcüstanla Azərbaycan arasında vizasız gediş-gəliş qaydası tətbiq olunduğu üçün həmin ölkənin vətəndaşları Azərbaycan Respublikasında 90 günədək qala bilərlər.

Eyni zamanda miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 980 nəfər Gürcüstan vətəndaşı cərimələrdən azad edilmişdir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, həqiqətə uyğun olmayan məlumatların yayılması provokasiya xarakteri daşıyır və ictimai-siyasi vəziyyətin gərginləşdirilməsinə yönəlmişdir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti