Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən regionlarda ölkə qanunvericiliyinin tələblərini pozmuş 47 əcnəbi saxlanılmışdır

Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.

22-23 may 2012-ci il tarixlərdə Xidmət əməkdaşları tərəfindən respublikanın Mingəçevir şəhərində, həmçinin Göyçay, İsmayıllı və Bərdə rayonlarında müvafiq yoxlamalar aparılmışdır. Nəticədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində qanunsuz yaşayan, qeyri-qanuni küçə ticarəti ilə məşğul olan, müvafiq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 47 əcnəbi vətəndaş saxlanılmış və barələrində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər davam etdirilir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti