Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən reqionlarda ölkə qanunvericiliyini pozmuş 77 əcnəbi saxlanılmışdır
Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir. Ötən həftə ərzində respublikanın Masallı, Lerik və Lənkəran rayonlarında aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində qanunsuz yaşayan və əmək fəaliyyəti ilə məşğul olan 77 əcnəbi vətəndaş saxlanılmış və barələrində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq qərarlar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində müvafiq tədbirlər davam etdirilir.