Dövlət Miqrasiya Xidmətinin rəisi Niderland Krallığının Azərbaycan Respublikasındakı səfirini qəbul etmişdir              

12 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miq­ra­si­ya Xidmətinin rəisi, III də­rəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Niderland Krallığının Azərbaycan Res­pub­­­likasındakı fövqəladə və səlahiyyətli səfiri Aryen Piter Uyterlindeni qəbul etmişdir.

 

Xidmət rəisi Firudin Nəbiyev qonağı səmimi salamlayaraq Dövlət Miqrasiya Xidmətinin sıx əmək­daşlıq etdiyi Avropa ölkələrindən birinin məhz Niderland Krallığı ol­duğunu xatırlatmış, iki dost ölkənin müvafiq qurumları arasında miqrasiya sahəsində əlaqələrin inkişafından, həyata keçirilmiş layihə və proqramların müsbət nəticələrindən məmnun qaldığını ifadə etmişdir.

 

F.Nəbiyev Dövlət Miqrasiya Xidməti əmək­daş­la­rının təcrübəsinin artırılması məq­sə­dilə 10-12 aprel 2012-ci il tarixlərdə Niderland Krallığından olan ekspertlərin iştirakı ilə keçirilmiş “Sənədlərin yox­­lanılması”na dair 3 günlük təlim kursunun təşkilini yüksək qiymətləndirdiyini vurğulamışdır.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən Aryen Uyterlinde Xidmət rəisini yeni təyinatı ilə əlaqədar təbrik etmiş, gələcəkdə ikitərəfli əlaqələrin, o cümlədən, qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində birgə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

 

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur