Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Tvinninq layihəsi çərçivəsində növbəti seminar keçirilmişdir

22-24 aprel 2013-cü il tarixlərdə Rumıniya Respublikasının Baş İmmiqrasiya Müffətişliyindən və Niderland Krallığının İmmiqrasiya və Pasportların verilməsi İdarəsindən dəvət olunmuş ekspertlərin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Sığınacaq və miqrasiya sahəsində təşkilatlardan məlumatların toplanması və emalı üzrə digər metodların yaradılması və sorğu blanklarının hazırlanması” mövzusuna dair növbəti seminar təşkil olunmuşdur. Seminarda sığınacaq və miqrasiya sahəsində məlumatların alınması və emalı üzrə metodların təqdimatı, tətbiqi imkanları, Niderland və Rumıniyada istifadə olunan metodların strukturu ilə bağlı təcrübə mübadiləsi, miqrasiya sahəsində müfəssəl hesabatların hazırlanması üçün müvafiq sorğu blanklarının hazırlanması metodlarının öyrənilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

Seminara həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən də nümayəndələr dəvət olunmuşdur.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, seminar Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çəçivəsində maliyyələşən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” Tvinniq layihəsi çərçivəsində həyata keçirilmişdir. 2013-2015-ci illəri əhatə edən bu layihədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland, digər tərəfdaş ölkələr isə Latviya və Rumıniyadı.

Ümumilikdə, layihə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarınıın professional inkişafı üçün təlim-tədris metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin artırılması üzrə bundan sonra da 4 istiqamət üzrə seminar, Aİ ölkələrinə təlim səfərləri və görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur