Dövlət Miqrasiya Xidmətinin rəisi Niderland Krallığının Azərbaycandakı səfirini qəbul etmişdir
20 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aryen Piter Uyterlindeni və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Xidmət rəisi Arzu Rəhimov qonaqları səmimi salamlamış, iki ölkə arasında miqrasiya sahəsində əlaqələrin inkişafından məmnunluğunu, gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Səfir Aryen Piter Uyterlinde səmimi qəbula görə Xidmət rəisi Arzu Rəhimova təşəkkür edərək, Azərbaycan Respublikası ilə təmsil etdiyi ölkə arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Daha sonra ikitərəfli əlaqələrin genişləndirilməsi, eləcə də hüquqi yardım sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşdə Səfirliyin İstanbul şəhərində fəaliyyət göstərən miqrasiya işləri üzrə konsulu xanım Simone Van Beek və Moskva şəhərinə təyin edilmiş polis işləri üzrə məsul şəxs Villem Geurkink də iştirak etmişdir.