Dövlət Miqrasiya Xidmətinin ilk Həmkarlar İttifaqı Təşkilatının təsis yığıncağı keçirilmişdir
19 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında qurumun ilk Həmkarlar İttifaqı Təşkilatının təsis yığıncağı keçirilmişdir.
Yığıncaqda Təşkilat Komitəsinin üzvləri və sədri seçilmişdir.
Sonda Dövlət Miqrasiya Xidmətinin ilk Həmkarlar İttifaqı Təşkilatı adından Azərbaycan Respublikası Dövlət idarələri və ictimai xidmət işçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinə müraciət qəbul olunmuşdur.
Təsis yığıncağında Azərbaycan Respublikası Dövlət idarələri və ictimai xidmət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul nümayəndəsi iştirak etmişdir.