Arzu Rəhimov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirini qəbul etmişdir
11 noyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanı qəbul etmişdir.
Yeni təyinatı ilə bağlı səfiri təbrik edən Xidmət rəisi Arzu Rəhimov rəhbəri olduğu qurumun yaranma tarixi və fəaliyyəti barədə məlumat verərək, tərəflər arasında əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirmişdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Piter Beytman miqrasiya sahəsində Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulamışdır.
Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, miqrasiya sahəsində qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilmişdir.