Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Almaniya Federativ Respublikası, Niderland və Belçika Krallıqlarında rəsmi səfərdə olmuşdur
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti 16-22 oktyabr 2011-ci il tarixlərdə Almaniya Federativ Respublikasında, Niderland və Belçika Krallıqlarında rəsmi səfərdə olmuşdur.
Səfər çərçivəsində Almaniya Federativ Respublikası, Niderland və Belçika Krallıqlarının müvafiq qurumları arasında bir sıra görüşlər keçirilmişdir. Görüşlərdə Azərbaycan nümayəndə heyətinin bu səfəri miqrasiya sahəsində dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilmişdir.
Həmçinin Azərbaycan və Avropa İttifaqı arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılmışdır.