Dövlət Miqrasiya Xidmətinin rəisi İraq Respublikasının Azərbaycandakı səfirini qəbul etmişdir
27 Sentyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov İraq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Əl-Barrakı qəbul etmişdir.
Xidmət rəisi Arzu Rəhimov rəhbəri olduğu qurumun yaranma tarixi və fəaliyyəti barədə məlumat verərək, tərəflər arasında əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirmişdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir bu sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulamışdır.
Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, miqrasiya sahəsində qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilmişdir.