Arzu Rəhimov Niderland Krallığının Azərbaycandakı səfirini qəbul etmişdir
12 iyul 2011-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aryen Piter Uyterlindenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Xidmət rəisi Arzu Rəhimov iki dost ölkə arasında miqrasiya sahəsində qurumlararası əlaqələrin inkişafından məmnunluğunu, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Aryen Piter Uyterlinde Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, miqrasiya sahəsində qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilmişdir.