Arzu Rəhimov  Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin miqrasiya orqanları rəhbərləri Şurasının 9-cu iclasında iştirak etmişdir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti  müşaviri Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin miqrasiya orqanları rəhbərləri Şurasının Rusiya Federasiyasında keçirilən 9-cu iclasında iştirak etmişdir.

 

Tədbirdə MDB iştirakçı dövlətlərində miqrasiyanın vəziyyəti, MDB-nin 20 illiyi ilə əlaqədar MDB iştirakçı dövlətlərin miqrasiya orqanları rəhbərləri Şurasının keçirəcəyi tədbirlər, MDB iştirakçı dövlətlərin 2012-2014-cü illər üçün qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə proqram layihəsi, MDB iştirakçı dövlətlərin miqrasiya orqanları rəhbərləri Şurasının Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığı haqqında memorandumun layihəsi, MDB iştirakçı dövlətlərin miqrasiya orqanlarında əcnəbilərin ölkədə olma rejiminə nəzarəti həyata keçirən bölmələrin yaradılması təcrübəsi haqqında məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur