Miqrasiya orqanlarında qulluğa qəbulla bağlı test imtahanı mayın 22-də keçiriləcəkdir

Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün 2011-ci il mart ayının 1-dən aprel ayının 8-dək elan olunmuş müsabiqənin test mərhələsinin - ixtisas imtahanının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə 22 may 2011-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuşdur.

 

Sənədlərini təqdim etmiş namizədlər “imtahana buraxılış vərəqəsi”ni əldə etmək üçün may ayının 19-u, 20-si (saat 09.00-dan 17.30-dək) və 21-i (saat 09.00-dan 12.00-dək) Dövlət Miqrasiya Xidmətinin Aparatına  - Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanına müraciət edə bilərlər. 

Əlavə məlumatları, o cümlədən imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktlara və digər sənədlərə dair məlumatı Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən (www.migration.gov.az) və (012) 562 53 01 saylı telefonla əldə etmək mümkündür.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur