Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Heydər Əliyev Fondunu ziyarət etmişlər
6 May 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı Fondu ziyarət edən Xidmət əməkdaşlarına Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Fond Ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.
Əməkdaşlar Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirmişlər. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa etmişlər.
Daha sonra Ulu öndər Heydər Əliyevin həyatından bəhs edən “Böyük ömrün anları” filmini izləmişlər.
Xidmətin əməkdaşları Fonddan zəngin təəssüratla ayrılmışlar.