Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kurslarına start verilmişdir

10 Fevral 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kurslarına start verilmişdir.

 

Akademiyanın “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsində tədris edilən kurslar miqrasiya sahəsində aparılan dövlət siyasətinin dövlət orqanlarında çalışan rəhbər işçilərə çatdırılmasına, izah və şərh edilməsinə xidmət edir. Kursun proqramının əsas məqsədi Azərbaycan Respublikasında miqrasiya sahəsinə aid islahatların aktual problemləri, miqrasiya orqanlarının fəaliyyətinin konstitusion-hüquqi əsasları, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, beynəlxalq insan hüquqları konsepsiyası və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə yeni biliklərin verilməsidir.

 

Kursda "Ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi", “Azərbaycan dövlətçiliyi və miqrasiya sahəsində aparılan islahatar”, "Azərbaycanın müasir miqrasiya siyasətinin əsas istiqamətləri", “Miqrasiya sahəsində beynəlxalq təcrübənin tətbiqi”, "Qeyri-leqal miqrasiyaya qarşı mübarizə və deportasiya", "Regional təhlükəsizlik problemləri və Azərbaycan" və digər mövzularda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Administrasiyanın şöbə müdirləri Əli Həsənov, Fuad Ələsgərov, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, Ədliyyə, Daxili İşlər, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Ombudsman Aparatı və Disporla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxslərinin məruzələri dinləniləcəkdir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti