Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar müsabiqə elan edir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti  miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar müsabiqə elan edir.

Müsabiqəyə sənədlərin qəbulu müvafiq ərizə formasında 01.12.2010-cu il tarixdən 30.12.2010-cu il tarixədək aparılır. İştirak etmək istəyən vətəndaşlar  tələblərə cavab verdikləri halda göstərilən müddət ərzində müvafiq ərizə formasını doldurmalı və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri Dövlət Miqrasiya Xidmətinin Aparatının  inzibati binasına - Bakı şəhəri, Binəqədi rayonu,  2123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanına təqdim etməlidirlər. Əlavə məlumatı Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) müvafiq bölmədən əldə etmək olar.

Xarici dil biliklərinə malik olan vətəndaşlara müsabiqədə üstünlük verilir.

Əlaqə telefonu: (012) 562 53 01.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur