Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının növbəti iclasında iştirak etmişdir

Azərbaycan  Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu  Rəhimov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının VII iclasında iştirak etmək məqsədilə 15-16 aprel 2010-cu il tarixlərdə  Rusiya Federasiyasında səfərdə olmuşdur.

 

İclasda Rusiya, Belarus, Qazaxstan və Tacikistanın müvafiq qurumlarının rəhbər nümayəndələri iştirakçı,  MDB İcrayyə Komitəsi, MDB Parlamentlərarası Assambleya, ÜmumRusiya Həmkarlar İttifaqı Konfederasiyası və Ukrayna dövlətinin nümayəndələri isə müşahidəçi qismində  iştirak etmişlər.

 

Toplantıda MDB üzv dövlətlərinin miqrasiya sahəsində vəziyyəti ilə bağlı məlumatlar dinlənilmiş və bir sıra qərarlar qəbul edilmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur