Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilmişdir

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 20 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində seçki keçirilmiş və ictimai şuranın üzvləri seçilmişdir. 8 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilmişdir.

İclasda İctimai Şuranın iclaslarının reqlamentinin müəyyən edilməsi haqqında, həmçinin təşkilati  məsələlərə baxılmışdır. Şuranın üzvü, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov səsvermə yolu ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri seçilmişdir.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur