Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsiheyəti Heydər Əliyev Fondunu ziyarət etmişlər

2 may 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Fondunu ziyarət etmişlər.

 

Xidmət əməkdaşlarına Fondun fəaliyyəti haqqında geniş məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fond Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.

 

Əməkdaşlar Ulu öndər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun siyasi  fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ümummilli liderin həyatının ən müxtəlif məqamlarını əks etdirən eksponatlara, görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, həmçinin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla baxmışlar.

 

Sonra Xidmət əməkdaşları Ulu öndər Heydər Əliyevin həyatından bəhs edən filmi izləmişlər.

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışlar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur