MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının 21-ci iclası keçirilib
Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 21-ci iclasında iştirak edib.
Şuranın iclası çərçivəsində 15 qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan tərəfi “MDB iştirakçı dövlətlərin ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin vahid uçot sisteminin, həmçinin MDB iştirakçı dövlətlərin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bankının yaradılması işinin gedişatı haqqında”, “MDB iştirakçı dövlətlərin miqrasiya orqanları arasında informasiya mübadiləsi haqqında 1 oktyabr 2009-cu il Protokolunun həyata keçirilməsinin gedişatı və perspektivləri haqqında”, "MDB iştirakçı dövlətlərin Maliyyə Kəşfiyyatı Bölmələrinin Rəhbərləri Şurası ilə MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurası arasında qarşılıqlı əlaqəyə dair Protokol haqqında” Qərarlar istisna olmaqla, digər sənədlərə qoşulub.
“Model readmissiya sazişi əsasında ikitərəfli readmissiya sazişlərinin bağlanması işinin gedişatı haqqında”, “Model saziş əsasında miqrasiya sahəsində qarşılıqlı informasiya əlaqəsinə dair ikitərəfli sazişlərin bağlanması işinin gedişatı haqqında”, “MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 2018-ci il üçün İş planı haqqında” Qərarlar isə ölkə rəhbərliyinin xüsusi rəyləri nəzərə alınmaqla imzalanıb.
MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının növbəti - 22-ci iclasının 2018-ci ilin birinci yarısında Qazaxıstanda keçirilməsi qərara alınıb.