Macarıstan Respublikasının ölkəmizdəki səfirinin başçılıq etdiyi nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olmuşdur

18 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yeno Boroşun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  

 

Görüşdə dost ölkələr arasında miqrasiya sahəsində ikitərəfli münasibətlərin qurulması və inkişafı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.  


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur