Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Niderland Krallığında işgüzar səfərdə olmuşdur
25-28 oktyabr 2009-cu il tarixlərdə Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov və rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığının Repatriasiya və Deportasiya Xidmətinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.
Səfər çərşivəsində keçirilmiş görüşlərdə Azərbaycan Respublikası ilə Niderland Krallığının miqrasiya orqanları arasında ikitərəfli münasibətlərin qurulması, həmçinin bu sahədə perspektiv məsələlərlə bağlı müzakirələr aparılmışdır.