Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün Azərbaycan Respublikasının vətəndaşlarına müsabiqə elan edir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 15 aprel 2013-cü il tarixdən 15 may 2013-cü il tarixədək miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün Azərbaycan Respublikasının vətəndaşlarına müsabiqə elan edir.

 

Müsabiqəyə sənədlərin qəbulu müvafiq ərizə formasında aparılır. İştirak etmək istəyən vətəndaşlar tələblərə cavab verdikləri halda göstərilən müddət ərzində (şənbə və bazar günləri istisna olmaqla) saat 09.00-18.00-dək müvafiq ərizə formasını dolduraraq, qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri Dövlət Miqrasiya Xidmətinin Aparatının inzibati binasına (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) təqdim etməlidirlər.

 

Sənədlərin siyahısını Dövlət Miqrasiya Xidmətinin İnretnet saytından əldə etmək olar (www.migration.gov.az).

 

Müsabiqədə yalnız vakant vəzifələrin tələblərinə cavab verən vətəndaşlar iştirak edə bilər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur