newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə seçki keçirilmişdir  

 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 20 may 2015-ci il tarixdə saat 15.00-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanında yerləşən inzibati binasında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə seçki keçirilmişdir. Seçkidə vətəndaş cəmiyyəti institutlarının 36 nümayəndəsi seçici qismində iştirak etmişdir. Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılmış və səslər Komissiya üzvlərinin iştirakı ilə və müşahidəçilərin nəzarəti altında hesablanmışdır. Səsvermənin nəticəsinə görə seçicilər tərəfindən namizədlərdən Allahverənov Azər Kərim oğluna 25 səs, Bağırov Kənan Sabir oğluna 29 səs, Dadaşova Şərqiyə Ənvər qızına 13 səs, Əmirhüseynova Mahirə İmanqulu qızına 15 səs, Kətanov Məmməd Teymur oğluna 27 səs, Məmmədova Kəmalə Natiq qızına 23 səs, Məmmədov Sahib Məlik oğluna 28 səs və Pənahova Natavan Məmməd qızına 9 səs verilmişdir. Beləliklə, səsvermə nəticəsində səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış aşağıda adları qeyd olunmuş şəxslər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri seçilmişlər:

1.     Allahverənov  Azər Kərim oğlu - “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri;

2.     Bağırov Kənan Sabir oğlu - Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və Liderlik Məktəbi baş məsləhətçi;

3.     Kətanov Məmməd Teymur oğlu - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiri;

4.     Məmmədova Kəmalə Natiq qızı - Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri;

5.     Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların əmək hüquqlarını müdafiə liqası təşkilatının İcraiyyə Komitəsinin sədri.

 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura 20 gün müddətində ilk iclasını keçirməklə fəaliyyətə başlayacaqdır.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur