1 iyul 2009-cu il tarixdən Dövlət Miqrasiya Xidmətində «bir pəncərə» prinsipinin tətbiqinə başlanılmışdır
1 iyul 2009-cu il tarixdən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Prezident cənab İlham Əliyevin miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə 4 mart 2009-cu il tarixdə imzaladığı 69 saylı Fərmana əsasən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılmışdır.