newsPhoto

Dövlət Miqrasiya Xidməti Qusarda səyyar xidmət təşkil  edib

Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qusarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün növbəti səyyar xidmət təşkil  edilib.

Rayonun Gənclər Mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından müraciət edən 34 şəxs  istifadə edib. Onlardan 12 nəfərinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin  müəyyən olunması ilə bağlı arayış, 11 şəxsə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilib. 1 nəfərdən müvəqqəti yaşama icazəsi almaq, 4 şəxsdən vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müraciət, 1 şəxsdən Xidmətin funksiyalarına dair digər məsələ ilə bağlı ərizə qəbul edilib. 5 şəxsə isə təqdim etdikləri sənədlərdə mövcud çatışmazlıqlar izah edilib, həmçinin xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur