newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Regional Miqrasiya İdarələrinin inzibati binaları istifadəyə verilmişdir

Dövlət Miqrasiya Xidmətinin (DMX) Yevlax və Şirvan şəhərlərində Regional Miqrasiya Idarələrinin inzibati binalarının açılış mərasimi keçirilmişdir.
Açılış mərasimlərində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Azərbaycan Respublikasında miqrasiya proseslərindən, Regional Miqrasiya Idarələrinin fəaliyyətə başlaması zərurətindən və onların qarşısında duran vəzifələrindən danışmışdır. Regional miqrasiya idarələrinin fəaliyyətə başlamasında məqsəd əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin yerli vətəndaşları maraqlandıran məsələlərin öz həllini tapmasıdır. DMX rəisi Arzu Rəhimov gələcəkdə digər regionlarda da miqrasiya idarələrinin inzibati binalarının istifadəyə veriləcəyini qeyd etmişdir.
Açılış mərasimlərində Şirvan Şəhər Icra Hakimiyyətinin başçısı Mərdan Camalov, Yevlax Şəhər Icra Hakimiyyətinin başçısı Elmar Vəliyev, DMX əməkdaşları və yerli əhali iştirak etmişlər.

© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur