Dövlət Miqrasiya Xidmətində gender bərabərliyi mövzusunda maarifləndirmə görüşü keçirilib
Dövlət Miqrasiya Xidmətinin Təlim Mərkəzində Xidmət əməkdaşlarının iştirakı ilə “Gender psixologiyası: Qadın və kişi yanaşmaları, sosial rollar və hüquqların kəsişmə nöqtələri” mövzusunda maarifləndirmə görüşü təşkil olunub.
Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi tərəfindən təşkil olunan görüşün məqsədi miqrasiya orqanlarında gender bərabərliyi mədəniyyətinin təşviqi və əməkdaşların gender məsələləri üzrə məlumatlılığının artırılması olub.
Tədbirdə klinik psixoloq Aidə Sübhan çıxış edərək iştirakçılara gender psixologiyasının əsasları, qadın və kişilərin sosial rolları, gender stereotiplərinin fərdi və ictimai münasibətlərə təsiri, eləcə də gender bərabərliyinin təmin olunmasında hüquq və bərabər imkanların əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Eyni zamanda, iş mühitində gender həssaslığının təmin edilməsi, qarşılıqlı hörmət və anlaşma prinsiplərinin təşviqi, eləcə də gender əsaslı ayrı-seçkiliyin qarşısının alınması istiqamətində görülməli olan tədbirlər müzakirə olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası