Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

İordaniya Haşimilər Krallığı vətəndaşlarına vizasız rejimin tətbiq edilməsi barədə Dövlət Miqrasiya Xidmətinin məlumatı

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşlarının 2026-cı ilin 22 noyabr tarixndən qarşılıqlı viza tələbi ləğv edilmişdir.

Yeni qaydalara əsasən, hər iki ölkənin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşılıqlı olaraq digər ölkənin ərazisinə vizasız daxil ola, oradan çıxa və tranzit keçə, hər 180 günlük müddət ərzində isə 90 gündən artıq olmamaq şərtilə həmin ölkədə qala bilərlər.

Xatırladaq ki, Azərbaycan ərazisində 15  gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya  xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. 

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - pr@migration.gov.az maili vasitəsilə müraciət edə bilərsiniz.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti