Regionlarda səyyar xidmətlər davam etdirilir
Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Ağsu, Yevlax, Gəncə, Lənkəran miqrasiya idarələri tərəfindən xidməti əraziyə daxil olan Şamaxı, Kürdəmir, Mingəçevir, Ağdam, Bərdə, Ucar, Zərdab, Göyçay, Ağstafa Ağcabədi, Ağdaş, Qazax, Gəncə və Lənkəranda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.
Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, şəxslərə yaşadıqları ünvanlarda daimi və müvəqqəti yaşama üçün icazə vəsiqələri təqdim edilib. Eyni zamanda, müvəqqəti yaşama icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı tələb olunan sənədlər qəbul olunub.
Həmçinin, Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan əcnəbi tələbələrin müvəqqəti yaşama icazəsinin rəsmiləşdirilməsi ilə bağlı sənədləri səyyar qaydada qəbul edilib.
Azərbaycan Respublikası