Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin iyul ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2026-cı ilin iyul ayı ərzində 7379 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 2037-si müvəqqəti yaşama icazəsi, 142-si müvəqqəti olma müddətinin uzadılması, 619-u vətəndaşlıq məsələləri, 884-ü olduğu yer üzrə qeydiyyat, 499-u daimi yaşama icazəsi, 1060-ı iş icazəsi, 238-i inzibati xəta, 1900-ü isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.
Azərbaycan Respublikası