Dövlət Miqrasiya Xidmətində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı təlim keçirilib
Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzi tərəfindən ölkəmizdə yaşayan və daimi yaşamaq üçün icazə almaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün maarifləndirici təlim təşkil olunub.
Təlimin məqsədi iştirakçıların Azərbaycan cəmiyyətinə inteqrasiyasına dəstək göstərmək və onları miqrasiya qanunvericiliyi barədə məlumatlandırmaqdır.
Təlim çərçivəsində iştirakçılara Azərbaycan dilinin öyrənilməsi, ölkəmizin tarixi və mədəniyyəti, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrini tənzimləyən qanunvericiliyin əsas müddəaları barədə məlumat verilib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Təlim-tədris mərkəzi tərəfindən bu dərslər mütəmadi olaraq onlayn formatda, həftədə üç dəfə, iki saat olmaqla keçirilir.
Azərbaycan Respublikası