Dövlət Miqrasiya Xidmətində şahmat və dama turniri keçirilib
15 iyun – Milli Qurtuluş Günü, eləcə də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında şahmat və dama turniri təşkil olunub.
Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi və DMX Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə müxtəlif struktur bölmələrdən 22 əməkdaş iştirak edib.
Dairəvi sistem üzrə təşkil olunan yarışlar gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb. Turnir iştirakçıları şahmat və dama üzrə öz bacarıqlarını nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparıblar.
Turnirin sonunda qaliblər diplomlarla təltif ediliblər.
Azərbaycan Respublikası