Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib

Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.

Dövlət Miqrasiya Xidmətində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş tədbir keçirilib.

Dövlət Miqrasiya Xidməti aparatında yerləşən Heydər Əliyev muzeyi ziyarət edilib.

Xidmətin akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib, görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Habil Nağıyev bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik irsindən bəhs edib. Bildirib ki, millətinin sonsuz sevgi və məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Sonda Ümummilli Liderə həsr edilmiş sənədli film nümayiş olunub.

Həmçinin Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələri tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirlər keçirilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti