Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Strateji menecment və stressin idarə olunması üzrə təlimlər keçirilib

Dövlət Miqrasiya Xidmətinin Təlim Mərkəzində miqrasiya orqanları əməkdaşları üçün “Strateji menecment” və “Stressin idarə olunması” mövzularında təlimlər təşkil olunub.

Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi və Təlim-tədris mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimi “Regional İnkişaf” İctimai Birliyinin mütəxəssis-təlimçisi Fəxrəddin Abdullayev aparıb. Keçirilən təlimlərin məqsədi iştirakçıların stress faktorlarını daha effektiv idarə etmə bacarıqlarını artırmaq və onların strateji düşünmə qabiliyyətini gücləndirmək olub.

Təlimlər çərçivəsində stressin növləri, onun fiziki və psixoloji təsirləri, stres reaksiyasının mərhələləri, müasir həyatda stress amilləri və onlarla mübarizə üsulları barədə məlumat verilib. Eyni zamanda strateji idarəetmə, missiya və vizyonun müəyyən edilməsi, rəqabət strategiyaları, strateji qərarvermə prosesi, resursların effektiv idarə olunması, performans göstəriciləri, risklərin və dəyişikliklərin idarə edilməsi, eləcə də strateji liderlik məsələləri iştirakçıların diqqətinə çatdırılıb.

İnteraktiv formada keçirilən təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti