Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən Naxçıvan, Mingəçevir, Balakən, Zaqatala, Bərdə və Ağcabədi ASAN xidmət mərkəzində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə dövlət qurumlarının nümayəndələri, yerli icra hakimiyyəti və bələdiyyələr, işəgötürənlər, sahibkarlar, eləcə də ali təhsil müəssisələrinin təmsilçiləri, digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Tədbirlərdə əcnəbilərin qeydiyyatı və müvəqqəti yaşama prosedurları, elektron müraciət imkanları, əmək miqrasiyası kvotası üzrə proqnoz məlumatlarının onlayn təqdim edilməsi barədə məlumat verilib. Həmçinin Yüksəkixtisaslı Miqrant Proqramının icrasından irəli gələrək yaradılan Yüksəkixtisaslı Miqrant Portalı, onun təmin etdiyi güzəşt və imtiyazlar, əcnəbinin yüksəkixtisaslı miqrant hesab edilməsi meyarları, qiymətləndirmə qaydası barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti