Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin I rübü ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2026-cı ilin I rübü ərzində 15177 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 4487-i müvəqqəti yaşama icazəsi, 328-i müvəqqəti olma müddətinin uzadılması, 1042-i vətəndaşlıq məsələləri, 1658-i olduğu yer üzrə qeydiyyat, 1149-u daimi yaşama icazəsi, 2024-ü iş icazəsi, 529-u inzibati xəta, 3960-ı isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.
Azərbaycan Respublikası