Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın rüblük iclası keçirilib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın cari ilin birinci rübü ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti iclası keçirilib. Şura üzvlərinin və Xidmət nümayəndəsinin iştirak etdiyi iclasda miqrasiya sahəsində həyata keçirilən layihələr, ötən üç ay ərzində ölkəmizdə müvəqqəti olan və yaşayan əcnəbilərin hüquqi maarifləndirilməsi, xüsusilə tələbələrlə iş istiqamətində görülən tədbirlər geniş təhlil edilib.
Qeyd olunub ki, Şura tərəfindən daxil olan müraciətlərin operativ araşdırılması və miqrasiya prosedurlarının asanlaşdırılması istiqamətində Xidmət ilə sıx əməkdaşlıq davam etdirilir.
İclasda həmçinin, növbəti rüb rəzində icrası nəzərdə tutulan işlər və prioritet istiqamətlər barədə müzakirələr aparılıb.
Azərbaycan Respublikası