Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Kamran Sadıxlı və Fərid Mustafayevlə görüş keçirib.

Xidmət rəisi Kamran Sadıxlını və Fərid Mustafayevi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, xüsusi hazırlanmış Mentorluq proqramı çərçivəsində DMX-nin fəaliyyət istiqamətləri ilə tanışlıq, hüquqi bazanın təkmilləşdirilməsi və qaliblərin ixtisaslarına uyğun olaraq digər sahələr üzrə də bilik və bacarıqlarının artırılmasına şərait yaradılacaq. Vüsal Hüseynov, həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə Mentorluq proqramı çərçivəsində yaradılan imkanlara və səmimi qəbula görə Xidmət rəisinə təşəkkürlərini bildirib, proqram çərçivəsində gözləntilərini bölüşüblər.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti