Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi BP-nin yeni regional prezidenti ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Ciovanni Kristofoli ilə görüşüb. Görüşdə həmçinin BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də iştirak edib.

​Xidmət rəisi Ciovanni  Kristofolini yeni təyinatı münasibətilə təbrik edərək, ölkəmizin miqrasiya siyasəti və miqrasiya idarəçiliyi modeli barədə məlumat verib. Bu sahədə tətbiq olunan yeniliklərə toxunan Xidmət rəisi yüksəkixtisaslı əcnəbi mütəxəssislərin ölkəmizə cəlb edilməsi məqsədi daşıyan Yüksəkixtisaslı Miqrant Proqramı barədə məlumat verib. Azərbaycanın enerji sektorunda əsas tərəfdaşlarından biri kimi BP-nin bu sahədə yerli kadr potensialının inkişafına verdiyi töhfəni qeyd edib, şirkətin miqrasiya sahəsində institusional bacarıqların artırılmasına yönəlmiş beynəlxalq layihələrdə iştirakını məmnunluqla xatırladıb.  

​Səmimi qəbula görə minnətdarlığını bildirən Ciovanni Kristofoli mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə BP-nin də üzvü olduğu Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının dövlət-özəl sektor dialoqunun qurulmasında səmərəli platforma kimi əhəmiyyəti  vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti