Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin fevral ayı ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2026-cı ilin fevral ayı ərzində 5329 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 1777-i müvəqqəti yaşama icazəsi, 83-ü müvəqqəti olma müddətinin uzadılması, 328-i vətəndaşlıq məsələləri, 434-ü olduğu yer üzrə qeydiyyat, 366-ı daimi yaşama icazəsi, 813-ü iş icazəsi, 205-i inzibati xəta, 1323-ü isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.
Azərbaycan Respublikası