Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Azərbaycan Memarlıq və İnşaat Universitetində əcnəbi tələbələrlə görüş keçirilib

Dövlət Miqrasiya Xidməti və Xidmət yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində əcnəbi tələbələrlə görüş keçirilib. Tədbirin əsas məqsədi əcnəbi tələbələrin ölkəmizin miqrasiya qanunvericiliyi barədə məlumatlandırılması və onlara müvafiq dəstəyin göstərilməsidir.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən əcnəbi tələbələrə viza tələbləri, olduğu yer üzrə qeydiyyata alınma, ölkəmizdə yaşama icazələrinin verilməsi və miqrasiyaya dair digər məsələlər barədə ətraflı məlumat verilib, praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin miqrasiya sahəsi ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Həmçinin, görüş zamanı WUF13 əməliyyat şirkətinin nümayəndəsi tərəfindən iştirakçılara Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu, forum çərçivəsində planlaşdırılan tədbirlər, eləcə də könüllülük fəaliyyətində iştirak imkanları barədə ətraflı məlumat verilib.  

Qeyd edək ki, bu kimi görüşlər əcnəbi tələbələrin Azərbaycan cəmiyyətinə inteqrasiyasının gücləndirilməsi və onların məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə davamlı olaraq təşkil olunur.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti