Regionlarda səyyar xidmətlər davam etdirilir
Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən regionlarda səyyar xidmətlər davam etdirilir.
Ağsu, Yevlax, Gəncə, Babək, Şamaxı, İsmayıllı, Kürdəmir, Bərdə, Ucar, Tərtər, Mingəçevir və Xaçmazda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.
Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşama üçün icazə vəsiqələri təqdim edilib. Həmçinin müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətinin uzadılması) ilə bağlı tələb olunan sənədlər yerindəcə qəbul edilib.
Azərbaycan Respublikası

