“Miqrasiya Məktəbi - 8” layihəsi çərçivəsində təlimlər davam etdirilir
Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə həyata keçirilən “Miqrasiya Məktəbi – 8” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib.
Təlimlər çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən “Qaçqın və sığınacaq məsələləri”, “Emiqrasiya və onun müasir cəmiyyətə təsiri” və “Vətəndaşlıq məsələləri” mövzularında interaktiv sessiyalar təşkil olunub. İştirakçılar miqrasiya proseslərinin mahiyyəti, beynəlxalq təcrübə və müasir çağırışlar barədə ətraflı məlumat əldə ediblər.
Azərbaycan Respublikası