Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Regionlarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün maarifləndirmə tədbirləri keçirilib

Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, eyni zamanda Ağsu, Ağstafa, Ordubad və Culfada maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə dövlət qurumlarının nümayəndələri, yerli icra hakimiyyəti və bələdiyyələr, işəgötürənlər, sahibkarlar, eləcə də ali təhsil müəssisələrində təhsil alan yerli və əcnəbi tələbələr, digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Maarifləndirmə görüşləri əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin onları qəbul edən tərəflərin hüquq və vəzifələri, tənzimlənməyən miqrasiya ilə mübarizə tədbirləri, miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə məsuliyyət, əcnəbi tələbələrin qeydiyyat qaydaları, sahibkarlar və işəgötürənlərlə qarşılıqlı əməkdaşlığın təşkili mövzularına həsr olunub.

Tədbirlər iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti