Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi BMT-nin Azərbaycandakı Rezident Koordinatoru ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Vladanka Andreyeva ilə görüşüb.

Qonağı salamlayan Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə BMT-nin ölkəmizdəki nümayəndəliyi arasında mövcud olan səmərəli əməkdaşlıq, son dövrlərdə ölkəmizdə miqrasiya idarəçiliyi sahəsində həyata keçirilən yeniliklər, o cümlədən Yüksəkixtisaslı Miqrant Proqramı barədə ətraflı məlumat verib. Xidmət rəisi BMT-nin himayəsi altında hazırlanmış və beynəlxalq miqrasiyanın bütün aspektlərini vahid və hərtərəfli şəkildə əhatə edən ilk hökumətlərarası saziş olan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası üzrə əldə edilmiş nailiyyətlərindən bəhs edib.  

Görüş zamanı BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Vladanka Andreyeva miqrasiya sahəsində birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib, mövcud münasibətlərin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə BMT və Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi, eləcə də miqrasiya sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti