Dövlət Miqrasiya Xidmətinə 2025-ci ilin 6 ayı ərzində daxil olmuş zənglər
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin 6 ərzində 33093 zəng cavablandırılıb.
Qəbul edilən zənglərin 9882-si müvəqqəti yaşama icazəsi, 704-ü müvəqqəti olma müddətinin uzadılması, 2245-i vətəndaşlıq məsələləri, 3833-ü olduğu yer üzrə qeydiyyat, 2063-ü daimi yaşama icazəsi, 4489-u iş icazəsi, 1341-i inzibati xəta, 8536-sı isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.
Azərbaycan Respublikası